
Ermənistanın Müdafiə Nazirliyi ölkədə hərbi xidmətə yeni çağırışa başlayıb. Hərbi xidmətə çağırılan erməni gənclər əvvəlki illərdə olduğu kimi, Azərbaycana, Dağlıq Qararabağa göndərilməyəcəklər.
Ermənistandakı hərbi çağırış məntəqələrində xidmətə çağırılan gənclərə təklif olunan və hərbi hissənin müəyyənləşdirildiyi püşkatmada Qarabağ variant kimi qeyd olunmayıb.
Hazırda Qarabağın rusiyalı sülhməramlıların nəzarətində olan hissəsində təxmiən 500 nəfər Ermənistan vətəndaşı olan hərbçi var.
Onlar iki həftədəyədək Qarabağdan çıxarılaraq Ermənistana göndəriləcəklər.
Ermənistan Müdafiə Nazirliyinin qərarının bilavasitə baş nazir Nikol Paşinyanın göstərişi ilə bağlı olması şübhə doğurmur.
Ölkə daxilində siyasi vəziyyətin ağırlaşdığı, sosial problemlərin kəskinləşdiyi bir dönəmdə N.Paşinyan rəqib düşərgədə parçalanma yaratmaq və eyni zamanda onsuz da bölünmüş erməni cəmiyyətini daha da bölmək üçün düşünülmüş şəkildə davranır.
Ermənistan vətəndaşlarının Qarabağa hərbi xidmətə göndərilməməsi ilə bağlı qərar ilk əvvəl Ermənistan və Qarabağ erməniləri arasında sərinlik, gərginlik yaradacaq.
Paşinyan hakimiyyəti indi Ermənistan vətəndaşlarına təlqin edir ki, Qarabağ problemi əslində İrəvanın irəliləyişi, inkişafı üçün maneə, ballast, artıq yükdür.
Qarabağ ermənilərinə isə dolayısıyla çatdırılır ki, Ermənistan erməniləri artıq sizi düşünmür, üzləşdiyinz çətinliklərdən çıxış yolunu muxtar və müstəqim şəkildə arasınlar.
Ən başlıcası isə övladları Qarabağa göndərilməyəcək erməni valideynlər birmənalı olaraq Paşinyanı və baş nazirin başçılıq etdiyi “Mənim addımım” hərəkatını dəstəkləyəcəklər.
Görünən odur ki, Nikol Paşinyan keçirilməsi istisna edilməyən parlament seçkilərinə indidən hazırlaşaraq zəruri minimal elektrotını təmin etməyə, sosial bazasını möhkəmləndirməyə başlayıb.
Qarabağda rusiyalı sülhməramlıların nəzarətində olan ərazilərdə isə terrorçu xunta “ordu sıralarına qış çağırışı”nı elan edib.
Xankəndidəki separatçı rejimin bu bəyanatının ciddilik səviyyəsi çox aşağıdır. Yəni ermənilər eyni uğurla Marsda koloniyaların yenidən təşkil edilməsi və ya asteklərin tarixi irsi əsasında yeni Kesatkoçitlan ordusunun formalaşdırılmasını bəyan edə bilərdilər.
Fəqət, situasiya yumoristik deyil.
Qarabağdakı rusiyalı sülhməramlılar hələ də vəzifə səlahiyyətlərinin öhdəsindən taim gəlmir və ya gəlmək istəmirlər. Onlar Xankəndidə separatçı rejimin “bayraq”larının yellənməsini sakitcə seyr edir, Ermənistandan ən müxtəlif şəxslər və o cümlədən əcnəbilərin Laçın dəhlizindən keçərək Qarabağa gəlmələrinin qarşısını almır, tam əksinə, terrorçu xuntanı sanki mühafizə edirlər.
Ermənistan rəhbərliyi və qarabağlı erməni separatçılar ən müxtəlif vəziyyətlərlə bağlı özlərinə haqq qazandırmaq, yaxud nəyisə tələb etmək istəyəndə postsovet məkanındak digər separatçı rejimlərlə müqayisə aparırlar.
Xub, biz də həmin “oyun qaydaları”na riayət edərək müqayisə aparaq.
242 min əhalisi olan separatçı Abxaziyanın “ordu”sunda 2200 nəfər, 475 min nəfərin yaşadığı Dnestryanı bölgədə isə 550 nəfər var. Hər iki halda “ordu”dakı silaşlıların sayı yerli sakinlərin 1 faizindən artıq deyil.
Dağlıq Qarabağda isə münaqişədən əvvəlki siyahıyaalmaya görə, 150 min nəfər yerli sakin vardı və qarabağlı ermənilərin dediklərinə görə, onların “ordu”larında 20 min nəfər, yəni əhalinin 30 faizi xidmət edirdi.
Bu, prinsip etibarilə mümkün deyil. Ya da Dağlqı Qarabağda sürücülər, bərbərlər, satıcılar, xarratlar, bənnalar, müəllimlər və s. peşə sahibləri olmayıb, əlinə silah ala bilən hər kəs səngərdə olub.
Hesablamalara davam edək.
“Qış çağırışı”ndan sonra Qarabağdakı terrorçu rejimin “ordu”sunda neçə nəfər olacaq?
Rusiyalı sülhməramlıların bilavasitə rəhbərliyi və nəzarəti ilə Ermənistandan Qarabağa qayıtmış erməniləri də nəzərə alaq.
Ən nikbin hesablamalara görə, Qarabağda hazırda maksimum 55 min erməni var.
Postsovet məkanındakı digər separatçı rejimlərdəki vəziyyəti, yəni “ordu”dakı şəxslərin yerli sakinlərin ümumi sayının 1 faizini təşkil etdiyini nəzərə alsaq, habelə, həmin rəqəmi 2 dəfə artırsaq, alınacaq rəqəm 1200-ə bərabər olacaq.
Beləliklə, Dağlıq Qarabağdakı separatçı rejimin “silahlı qüvvələr”inin heyətinin maksimum sayı 1200 nəfərdir.
Araik Harutyunyan və ya Vitali Balasanyan istənilən başqa fərqli rəqəm səsləndirsələr, bu, tam absurd və idiotizm olacaq.
Azərbaycan ordusunun sadəcə, PUA-larla iki-üç günə tam məhv edə biləcəyi “ordu” nəyə gərəkdir?
Ermənistanın və dünya erməniliyinin marazmatik “revanş, qisas, intiqam” bəyanatlarına az da olsa, reallığa bənzər görkəm vermək üçün.
Gununsesi.info