
“COVID-19” əleyhinə vaksinlərə əlçatanlığı təmin etmək məqsədilə Yeni Klinika Tibb müəssisəsində peyvəndləmə prosesi davam edir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Gununsesi.info-ya verilən məlumata görə, tibb müəssisəsində “CoronaVac” və “Biontech/Pfizer” peyvəndləri vurulur. Vaksinlərin tətbiqi canlı növbə əsasında həyata keçirilir.
Peyvənd məntəqəsi həftə içi 5 gün, səhər saat 9:00-dan axşam 16:00-a kimi fəaliyyət göstərir .
Ünvan : Yeni klinika (Heydər Əliyev pr.142, Bakı)