
ABŞ-da bir qadın dil çevrəsinin uzunluğu ilə Ginnesin Rekordlar Kitabına düşüb.
Gununsesi.info xəbər verir ki, Ginnesin Rekordlar Kitabının yaydığı açıqlamada Oreqon ştatında yaşayan Cenni Duvanderin dünyanın ən uzun dilinə sahib qadın olduğu bildirilib.
Ştatın ən böyük şəhəri olan Portlenddə yaşayan Duvander oğlunu yatırarkən 2023-cü ilin Ginnesin Rekordlar Kitabını birlikdə oxuduqlarını və belə bir kateqoriyanın olduğunu ilk dəfə anladıqlarını söyləyib.
“Dil çevrəsi uzunluğu deyilən bir kateqoriyanın olduğunu belə bilmirdim. Dərhal evdə özümü ölçdüm və gördüm ki, ən azı 12 santimetrdir”, qadın bildirib.
Qadın daha sonra dəqiq ölçmə üçün diş həkiminə getdiyini, orada faktiki uzunluğun 13,25 santimetr olduğunu deyib.
Jenny's tongue can inflate to the size of a golf ball 👀 pic.twitter.com/mt6cLVsjQj
— Guinness World Records (@GWR) February 28, 2024
Gununsesi.info