“65 yaşlı kişini polisə şikayət etdim”

“Təhqir yazanları polisə verirəm. Polis əlimdən bezib. Gündə bir ərizə gəlir, məhkəmə olur. Bir ara sırf bu məsələnin üzərinə düşdüm. Mənə təhqir yazanların hamısını polisə verdim. Son zamanla baxıram ki, tənqid var, təhqir yoxdur. Deməli işə yarayıb”.

 

Gununsesi.info xəbər verir ki, bu sözləri müğənni Nura Suri “İncə səhər” proqramında deyib. Sənətçi sosial şəbəkədə təhqir yazanları polisə şikayət etməsindən danışıb:

“Təhqir yazan bir kişini polis saxlamışdı. Məlum oldu ki, o şəxsin 65 yaşı var. Zəng vurub üzr istəyirdi. Dedi ki, mən elə-belə yazmışdım, amma bilmirdim yazdığımı hamı görür.

Xoşbəxt insan heç zaman bir insana pis şey yazmaz. Allah bilir, onun evinin içində nə qədər problem var. Sosial şəbəkədə görür ki, sən belə gözəl həyat göstərirsən. Amma bilmir ki, bizim evimizdə də problemlərimiz var. Bunları sizinlə bölüşmürük. Bizim də problemimiz olur, istəyirsiniz oturub danışım, ağlayın. Əgər probleminiz varsa, mesaj yazın, məsləhət verək”.

 

 

 

 

Gununsesi.info