DGK ilin əvvəlindən 53 cinayət faktı aşkarladı

Birinci rübdə Dövlət Gömrük Komitəsi tərəfindən cinayət xarakterli 53 fakt aşkarlanıb.

Gununsesi.info xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi (DGK) açıqlayıb.

Komitədən bildirilib ki, bunlardan 20-si narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 25-i isə qaçaqmalçılıq və digər cinayət xarakterli faktlardır. Bu əməlləri törədən şəxslərin sayı 58 nəfər olub.

Gununsesi.info