DGK büdcə öhdəliyini yerinə yetirib

Dövlət Gömrük Komitəsi (DGK) 2022-ci ilin yanvar-aprel ayları üçün nəzərdə tutulan büdcə öhdəliyini 119,92 % yerinə yetirib.

Gununsesi.info xəbər verir ki, bu barədə DGK-nın sədri Səfər Mehdiyev “Twitter” hesabında yazıb.

Onun sözlərinə görə, 1 milyard 641,44 milyon manat vəsait dövlət büdcəsinə köçürülüb: “Bu da nəzərdə tutulan proqnozdan 272,64 milyon manat çoxdur”.

Gununsesi.info