
Milli Məclisin yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında deputat Əli Məsimli 2022-ci ildə parlament tərəfindən üç məcəllənin- Rəqabət, Büdcə və Bank məcəllələrinin qəbul edilməsini təklif edib. Sözügedən məcəllələr bağlı gözləntilərin böyük olduğunu nəzərə alaraq, Moderator.az Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müəvini, iqtisadi və Sosial İnnovasiyalar İnstitutunub rəhbəri Əli Məsimlidiən müsahibə götürüb.
Gununsesi.info həmin müsahibənin əsas məqamlarını təqdim edir:
-Sizin Milli Məclisin bugünkü çıxışınızda bir il ərzində parlament tərəfindən üç fundamental normativ-hüquqi sənədin- Rəqabət, Büdcə və Bank məcəllələrinin qəbul edilməsininin belə israrla təkid etməyinizd daha çox nə ilə əlaqədardır?
-Azərbaycan iqtisadiyyatı üçün xarakterik olan ən təhlükəli cəhətlərdən biri budur ki,neftdən asılılığı məqbul hesab edilə biləcək həddən yüksəkdir. Bu ölkəmiziin iqtisadi təhlüksizlik göstəricilərinə mənfi təsir edir. Dünya bazarlnda neftin qiymıti 60 dolları keçəndə ölkə iqtisadiyyatı,büdcə özünü yaxşı hiss edir,40 dollara düşəndə isə tədiyyə balansının saldosu müsbətdən mənfi rejimə doğru hərəkətə keçir və həmin aşağı qiymətin davamiyyət müddəti uzandıqca, manatın devalvasiyası təhlükəsi də artır. İndi neftin qiyməti yüksəkdir və onun qiymətinin büdcədə nəzərdə tutulduğundan artımının hər dolları icmal büdcəyə təqribən 300 milyon manat əlavə gəlir gətirir.Bu yaxşıdır,amma dünya enerji bazarında bir-iki aydan sona nə gözlənildiyini, burada nə olacağını heç kəs bilmir.Bu təhlükəli dolanbacdan çıxışı sürətləndirmək lazımdır.Güman edirik ki, yaşamağa başladığımız yeni mərhələnin çağırışlarına cavab vermək və strateji hədəflərə çatmaq üçün həyata keçiriləcək əsas islahatları və tədbirləri ehtiva edən 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyası ölkə iqtisadiyyatının bu cür dolanbaclardan çıxmasının mühüm proqram təminatı olacaqdır.Yeni İnkişaf Strategiyası postkonflikt və postpandemiya mərhələsinin başlı¬ca çağırışlarına,eləcə də 4-cü sənaye inqilabı perspektivlərinə uygun olaraq ölkə iqtisadiyyatının şaxələndirməsinin dərinləşdirilməsi, onun neftdən asılılığının mini¬muma endirilmsi, rəqabət qabiliyyətinin,iqtisadi artımın sürət və keyfiyyətinin artırılması,həyatın keyfiyyətinin yaxşılaşdırılması kimi strateji hədəflərə çatmaqdan ötrü həyata keçirilməsi zəruri olan islahatlar həm də bütün istiqamətlərdə hüquqi bazanın möhkəmləndirilməsi və təkmilləşdirilməsini zəruri edir. Həminhüquqi bazanın önündə RƏQABƏT MƏCƏLLƏSİ gedir.Çünki rəqabət sosial-iqtisadi tərəqqinin alternativi olmayan generatorudur.Sovet dönəmində rəqbəti sosializm yarışı ilə əvəz etmək istədilər, 70 illik nəticəsi nə oldu? Bir sözlə ifadə etsək: DEFİSİT… Strateji Yol Xəritəsində rəqabət mühitinin təkmilləşdirilməsi prioritet istiqamətlərdən biri olaraq təsbit edilib və Rəqabət Məcəlləsinin 2020-ci ildədək qəbul edilməsi qarşıya məqsəd kimi qoyulub. Bundan sonra bu barədə hələ Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində də xüsusi qeyd edilmişdi. Ötən ildən başlayaraq aidiyyatı orqanlar aydın şəkildə açıqlamalar verməyə başlayıblar ki, sözügedən Məcəllənin təkmilləşdirilməsi işləri tamamlanıb.Aidiyyatı orqanların tələb olunan rəylər və digər prosedur tədbirlər mərhələsində iş gedir.
-Amma hiss olunur ki,müxtəlif strukturlarda Rəqabət Məcəlləsinin qəbuluna çalışanlarla yanaşı, mane olmaq istəyənlər də mövcuddur…
– Təbii…Mənafe birliyi olmayanda-məqsəd birliyi,məqsəd birliyi olmayanda isə hərəkət birliyi olmur. Rəqabət Məcəlləsinin qəbuluna mane olmaq istəyənlər olmasaydı onun qəbulu 16 il ləngilə bilməzdi….Görünür,Rəqabət Məcəlləsinin 2006-cı ildə iki oxunudan keçəndn sonra qəbulunun 16 il gecikdirilməsi və hələ indiyə qədər Milli Məclisə gəlib çıxmaması belə fikirləri yenidən gündəmə gətirir. Bu MƏCƏLLƏNİN qəbulunun bundan sonra da müxtəlif bəhanələrlə gecikdirilməsi büdcə gəlirlərinin neft pulları hesabına doldurmaq səylərinin risklərinın getdikcə artacağı, ölkənin 10-20 il bundan sonrakı postneft dövrlü gəlcəyinə baxış kontekstindən çox yanlış və ziyanlı yanaşmadır. 44 günlük vətən müharibısindəki şanlı qələbəmizin məntiqi diqtə edir ki, postkonflikt mərhələsində də biz bütün sahlərdə,iqtisadiyyatda, elmdə, təhsildə və digər sahələrdə rəqabət qabiliyyətli olmalıyıq,Əgər biz Azərbaycanda qeyri-neft sektorunun inkişafının sürətləndirmək, miqyaslarını genişləndirmək, bu sahənin fəaliyyətinin səmərəliliyini artırmaq, eyni zamanda, daxili tələbatın ödənilməsində yerli məhsulların payını və ixrac potensialını əsaslı surətdə artırmaq istəyiriksə, mütləq ciddi rəqabət mühiti yaratmalıyıq. Yalnız azad rəqabət mühiti iqtisadiyyatımızın real inkişafı baxımından maksimum effekt doğura bilər.Azad rəqabət mühiti formalaşdırmağın xeyli dərəcədə konseptual və institusional tərəfləri var.Bu sırada qanunvericilik sənədlərinin təkmilləşdirilməsi, üstəlik, yeni qanunverici aktların qəbul edilməsi kimi vacib şərtlər mövcuddur.Hesab edirik ki, haqqında danışdığımız istiqamətdə ən fundamental addım məhz RƏQABƏT MƏCƏLLƏSİNİN qəbuludur.
-Rəqabət Məcəlləsi qəbul ediləcəyi təqdirdə Azərbaycanda monopoliyanın aradan qaldırılması mümkün olacaqmı?
-Təbii ki, Rəqabət Məcəlləsinin edilməsi ilə inhisarçılığın tamamilə aradan qaldırılması mümkün deyil.Bu istiqamətdə digər addımların aparılması,islahatların dərinləşdirilməsi qaçılmazdır. Yəni institusional tədbirlərlə müşayət olunan geniş hüquqi baza yaradılmalıdır. Lakin bu da rellıqdır ki, rəqabət olmayan yerdə yetərincə şaxələnmiş və dayanıqlı iqtisadiyyat yoxdur. Ona görə də Rəqabət Məcəlləsi qəbul edildikdən sonra onun həm də rəqabət mühitinin yaradılmasına təsiri başlayacaq və bir sıra digər qanunların da qəbul olunmasına şərait yaranacaq. Rəqabət Məcəlləsinin qəbulu qanundan yüksəkdə durmaq və sair bu kimi stereotipləri sındıracaq və inhisarçılıqla mübarizədə yeni mərhələnin başlanğıcına çevriləcək.Bu əsasda həmin yeni mərhələdə məmur biznesinin törəməsi olan inhisarçıları təbii qiymət artımından əlavə, əlavə artımın hər fazinə görə əhaliyə 440 milyon manat,ildə isə 2-3 milyard manat ziyan vurması artıq qanun pozuntusu olaraq cəza tələb edəcək. Ona görə də RƏQABƏT MƏCƏLLƏSİNİN Milli Məclisə təqdim edilməsi işinin maksimum sürətlndirilməsini zəruri hesab edirik.
-Bəs Büdcə Məcəlləsi barədə nə deyə bilərsiz?
Strateji Yol Xəritəsində o da əks olunub ki, 2020-ci ilə qədər dövlət büdcəsinin neftdən asılılığı azaldılmalı və 2025-ci ildə büdcədə Dövlət Neft Fondunun payının 15 faizə endirilmsinə nail olunmalıdır. Strateji Yol Xəritəsi qəbul edildikdən sonra bir müddət Neft Fondundan dövlət büdcəsinə transfertlərin azaldımlası istiqamətində səy göstərildi. Hətta 2017-ci ildə Neft Fondundan dövlət büdcəsinə transfertlərin payı 37 faizə endirildi.Amma dünya bazarında neftin qiymıti artmağa başlayanda bu məsələyə münasibətdə hər şey yaddan çıxdı və Neft Fondundan dövlət büdcəsinə transfertlər artmağa başladı.Bu ilin dövlət büdcəsinə Neft Fondundan transfertlərin payı 47 faizdən çoxdur.Yaşadığımız mərhələ və torpaqlarımızın işğaldan azad edilməsindən sonra yaranan yeni vəzifələr dövlət maliyyəsinə nəzarətin gücləndirilməsi,həmin vəsaitdən istifadənin səmərəliyinin artırılması, şəffalığın gücləndirilməsini tələb edir.Büdcəyə parlament nəzarəti də gücləndirilməlidir. İslahatları dərinləşdirib qeyri-neft sektorunun inkişafını və eksport imkanlarını genişləndirməklə büdcəyə bu yöndə daxilolmaları artırmaqla yanaşı, həm də dövlət maliyyə nəzarətinin güclndirilməsinin səmərəliliyinin artırılmasınınhüquqi bazasının müasir tələblər səviyyəsində möhkəmləndirməkdən ötrü BÜDCƏ MƏCƏLLƏSİNİN qəbulunu zəruri hesab edirik.
-Siz çıxışınızda Bank Məcəlləsinin də qəbul edilməsini zəruri hesab etdiniz…
– Bəli… Banklar iqtisadiyyatın qan-damar sistemidir.Qan-damar sistemi sağlam olmayan orqanizmi- sağlam hesab etmək mümkün olmadığı kimi, sağlam bank sistemi olmayan iqtisadiyyatı da sağlam iqtisadiyyat hesab etmək olmaz.Ona görə də bank sistemində də yaşamağa başladığımız yeni dövrün çağırışlarna uyğun olaraq islahatların həyat keçirilməsini labüd hesab edirik.Bank xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, bank faizlərinin optimallaşdırılması, əhalinin xeyli hissəsi üçün əlçatanlılığının təmin edilməsi, bankların iqtisadiyyatın real sektoruna yaxınlaşmasının sürətləndirilməsi və sair bu kimi məsələlər- həllini çoxdan gözləyən problemlərdir. Həmin islahatların hüquqi bazasını etibarlılığının artırılması isə yaxşı hazırlanmış Bank Məcəlləsinin və onun səmərəli fəaliyyətini təmin edə biləcək işlək mexanizmin olmasını obyektiv tlabata çevirib.
Biz bu il ərzində çox böyük gözləntilər olan həmin 3 MƏCƏLLƏNİN- Rəqabət, Büdcə və Bank məcəllələrinin qəbuluna nail ola bilsək,2022-ci ili həm məhsudar,həm də islahatların hüquqi bazasını möhkəmlətmək istiqamətində fundamental nəticələrlə başa vura biərik.
Gununsesi.info