
Koronavirus pandemiyası başlanandan dünyanın 10 ən zəngin adamının sərvəti iki dəfədən çox artaraq 1.5 trilyon dollara çatıb.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Britaniyanın Oxfam xeyriyyə təşkilatı yayıb.
Elə pandemiya dövründə 160 milyondan çox insan yoxsulluğa sürüklənib. Oxfam bu həftə gözlənən virtual Dünya İqtisadi Forumu öncəsi, yanvarın 17-də hesabatını yayıb
Dünyanın 10 ən zəngin adamı hazırda ən yoxsul 3.1 milyard nəfərdən daha çox sərvətə malikdir
Gununsesi.info