DEPUTATDAN TƏKLİF: "Kənd təsərrüfatında torpaqların birləşdirilməsi vacibdir"

Deputat Razi Nurullayev kənd təsərrüfatında torpaqların birləşdirilməsi barədə təklif irəli sürüb.

Gununsesi.info  bildirir ki, o qeyd edib ki, kənd təsərrüfatının daha səmərəli idarə olunması üçün torpaq sahələrinin birləşdirilərək birgə təsərrüfatlarda fəaliyyət göstərməsi vacibdir:

“Vətəndaşlar öz pay torpaqlarını birləşdirərək iri sahələrdə pambıq, pomidor əkini aparmalı, meyvə bağları salmalıdır. Bu cür birgə təsərrüfatlar məhsuldarlığın artmasına və gəlirin yüksəlməsinə şərait yaradır.

Müvafiq dövlət qurumu bu yanaşmanı qəbul etsə də, hələlik vətəndaşlar öz torpaq paylarını birləşdirməyə tam razılıq göstərmirlər. Bu səbəbdən bəzi hallarda inzibati tənzimləmə tədbirlərinə ehtiyac yaranır ki, vətəndaşlar zərərə düşməsin.

Vətəndaşa aydın şəkildə izah olunmalıdır ki, torpağın fərdi qaydada istifadəsi ilə müqayisədə birgə təsərrüfatda gəlir daha yüksək olur. Məsələn, fərdi şəkildə əldə olunan gəlirin əvəzinə birləşmiş təsərrüfatda gəlir bir neçə dəfə arta bilər. Bu halda vətəndaşlar daha çox qazanc əldə edərək prosesə maraq göstərə bilərlər”.

 

Şəbnəm

Gununsesi.info