
Xankəndinin keçmiş qondarma “meri” David Sarkisyan 20 gün müddətinə həbs edilib.
Gununsesi.info-nun verdiyi xəbərə görə , bu barədə məlumatı onun vəkili Ruben Melikyan açıqlayıb.
Xatırladaq ki, daha əvvəl Xankəndi və Ağdərənin keçmiş qondarma “merləri” David Sarkisyan və Mişa Qürdcanın Ermənistanda saxlanıldığı bilinib. Onlar fırıldaqçılıqda ittiham edilir. Hazırda istintaq davam edir.