
Azərbaycan Qərbi Kaspi Universitetinin Mühəndislik fakültəsində koronavirus aşkarlandığı üçün iki qrup distant təhsilə keçib.
Bu barədə Modern.az-a universitetin mətbuat katibi Vüsal Məmmədov məlumat verib.
O bildirib ki, pandemiya qaydalarına uyğun olaraq, koronavirus infeksiyası aşkaralanan qrupların dərsləri onlayn rejimə keçirilib:
“Qərbi Kaspi Universiteti pandemiya dövründə tədrisi Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalar əsasında təşkil edir.
Ənənəvi tədris prosesində yalnız COVID-19 pasportu olan tələbələr iştirak edir. Eyni zamanda, maskadan istifadə vacib tələbdir”.
Gununsesi.info