Universitetin qarşısındakı yol ÇÖKDÜ

Sumqayıta yağan güclü yağışlar avtomobil yolunun çökməsinə səbəb olub.

Gununsesi.info xəbər verir ki, çökmə hadisəsi Sumqayıt şəhərinin Ağa Quliyev küçəsində, Sumqayıt Dövlət Universitetinin qarşısında baş verib.

Hadisə nəticəsində dərin quyu əmələ gəlib.

Qeyd edək ki, Ağa Quliyev küçəsi yeni təmir olunub.

Gununsesi.info