Daha bir ölkə Fələstini tanıdıDaha bir ölkə Fələstini tanıdı

Portuqaliya Fələstin dövlətini tanıyıb.

Gununsesi.info xəbər verir ki, qərarı respublikanın xarici işlər naziri Paulo Rangel elan edib.

Qeyd edək ki, sentyabrın 21-də Böyük Britaniya, Kanada və Avstraliya Fələstin dövlətini tanıdıqlarını elan etdilər.

Xatırladaq ki, sentyabrın 22-də Fransada BMT-də Fələstinin tanınmasına həsr olunmuş konfrans keçiriləcək.

 

Gununsesi.info