İlin son Günəş tutulması başlayıb

  • By Admin08
  • 21 Sentyabr 2025 21:42

Bu ilin ikinci və son Günəş tutulması başlayıb.

Gununsesi.info xəbər verir ki, bu, qismən tutulmadır.

Təbiət hadisəsi sentyabrın saat 21:29:32-də başlayıb, sentyabrın 22-si saat 01:53:33-də sona çatacaq. Tutulma 4 saat 22 dəqiqə davam edəcək. Təbiət hadisəsinin maksimumu sentyabrın 21-i saat 23:43:04-də olacaq.

Hadisə Sakit okean, Yeni Zelandiya və Antarktidada görünsə də, Azərbaycandan müşahidə edilməyəcək.

Gununsesi.info