Daha bir deputat özünü xalqa güldürdü - ÖZ AD GÜNÜNƏ TƏBRİK YAZAN RAMİL HƏSƏNOV…

Milli Məclisin daha bir deputatı ictmai gülüş hədəfi olub.

Gununsesi.info xəbər verir ki, millət vəkili Ramil Həsən özünün doğum günündə sosial şəbəkə hesabında özünə təbrik statusu yazıb.
Deputat şəxsi səhifəsində özü haqqında yüksək fikirlər səsləndirib.

Həmin qeydləri təqdim edirik:

“Bu gün 6-cı çağırış Milli Məclisin deputatı, birinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi Ramil Həsənin doğum günüdür. Bu münasibətilə Ramil müəllimi səmimi qəlbdən təbrik edir, can sağlığı və fədakar fəaliyyətində bol-bol uğurlar arzulayırıq!”

Onu da qeyd edək ki, deputatın bu statusu sosial şəbəkədə gülüş obyektinə çevrilib.
Qınağa tuş gələn Ramil Həsən sonra yazdıqlarını silib.

Günay 
Gununsesi.info