Azərbaycanda dərslərlə bağlı BU TARİXDƏ QƏRAR VERİLƏCƏK - YENİLƏNDİ

Yeni tədris ilinin təşkili ilə bağlı bütün suallara sabah saat 14.00-da təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçiriləcək brifinqdə aydınlıq gətiriləcək.

Publika.az-a bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

***

Azətrbaycanda pandemiya şəraitində yeni tədris ilində təhsilin təşkili ilə bağlı qaydalar hazırlanıb.

Gununsesi.info xəbər verir ki, tədrisin təşkili qaydası sentyabrın 7-də ictimaiyyətə təqdim olunacaq.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, sabah – sentyabrın 7-də nazir Emin Əmrullayev təhsil müəssisələrində yeni tədris ilinin təşkili ilə bağlı sualları cavablandıracaq.

Qeyd edək ki, brifinq AzTV, Real TV və Təhsil TV-də canlı yayımlanacaq.

Gununsesi.info