
Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır.
Bu barədə Gununsesi.info-ya siyasi partiyalardan məlumat daxil olub.
Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işləri siyasi partiya rəhbərlərinin ölkə başçısına ünvanladığı müraciətdən sonra , Prezident İlham Əliyevin göstərişi əsasında həyata keçirilir.
Bildirilib ki, artıq dünəndən etibarən abadlıq işlərinə start verilib. Ərazidə yaşıllıq salınır, təmizlik işləri aparılır.
Gununsesi.info