Dağıstanda içməli sudan kütləvi zəhərlənmə

Dağıstanda içməli sudan kütləvi zəhərlənmə

Rusiyanın Dağıstan Respublikasının Kizlyar şəhərində 30-dan çox insan içməli sudan zəhərlənib.
Gununsesi.org “İnterfaks”a isitnadən xəbər verir ki, zəhərlənənlər xəstəxanalara yerləşdiriliblər. İndiyədək bu diaqnozla 32 nəfər şəhər sakini müayinəyə götürülüb. Hazırda tibbi briqada şəhərin digər sakinlərini müayinə edir. İçməli sudan istifadə dayandırılıb.
Ehtimala görə, suda olan virus səbəbindən kütləvi zəhərlənmə hadisəsi baş verib.
Gununsesi.org

COMMENTS