
Azərbaycanda dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi dövlət tərəfindən müəyyənləşdiriləcək.
Gununsesi.info xəbər verir ki, bu barədə “Dərman vasitələri haqqında” qanuna dəyişiklik layihəsində qeyd olunub.
Qanun layihəsində dəyişikliklərə görə, dərman vasitələrinin ekspertizası, o cümlədən sadələşdirilmiş ekspertizası xidmətlərinin tarifləri və dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənəcək.
Gununsesi.info