Çində koronavirus infeksiyasının yeni episentri aşkarlandı

Çində koronavirus infeksiyasının yeni episentri aşkarlanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb.

Bildirilib ki, ötən gün ərzində Çində 118 yeni koronavirus infeksiyasına yoluxma qeydə alınıb. Bunlardan 106-sı ölkə daxilində olub.

Daxili infeksiya hadisələrinin episentri, infeksiya sayında artımın qeydə alındığı şimal-şərqdəki Cilin vilayətidir.

Gununsesi.info