Paşinyan ailəsi Moskvanın elit restoranlarında əylənir – Erməni xalqı isə səfalət içində – FOTO

  • By arzu
  • 18 Yanvar 2021 14:37
Ermənistan KİV-ləri baş nazir Nikol Paşinyanın ailəsinin Moskvadakı macəraları haqqında yeni məlumatlar əldə edib.
Gununsesi.org xəbər verir ki, Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın hələ də Rusiya paytaxtındakı bahalı restoranlarda əyləndiyi deyilir.
Ötən gün Anna Akopyanın gizli çəkilən görüntüləri yayılıb. Həmin vaxt onun qızı ilə “Turandot” restoranından qayıtdığı bildirilir.
“Paşinyanın ailəsi Ermənistanda yaratdıqları fəlakətə baxmayaraq, Moskvanın elit restoranlarında həyatdan zövq almağa davam edirlər”,- deyə erməni mətbuatı yazıb.
Xatırladaq ki, ötən həftə Anna Akopyan və övladlarının başqa bir restoranda ziyafət təşkil etmələri ilə bağlı fotolar yayılmışdı.

Gununsesi.org