
Azərbaycanın aşıq sənətinin görkəmli simalarından biri olan “Dədə Şəmşir”in bu günlərdə ordumuzun işğalçılardan azad etdiyi Buzluq dağına həsr etdiyi şeiri üzə çıxıb.
Gununsesi.info həmin şeiri təqdim edir:
BUZLUĞ DAĞI
Kəsibsən aranı bəzirgan dağı
Bilmirəm necədi halı buzluğun
Qoy görünsün həmzə çəmən qara göl
Daşarası çilik yalı buzluğun
O,çəkir kamana qışın qarını
Doldurur çox dərin kahalarını
Heç əskik eləmir buz anbarını
Buzu yaydan yaya qalı buzluğun
Bir yanı qanlı göl üstü taqqıldaq
Ana vətənimdir o,gözəl torpaq
Şişdağ qardaşı var sarı dağ
Birdə yəhəryurddu qolu buzluğun
Sərt eniş ,şırransu,ayağı şaban
Qoşa turş bulaqlı o,çaqarışan
Döyüşlərdən çıxan köhnə Ağdaban
Olmuş əzəllərdən eli buzluğun
Şahin, Şahbaz, qızılquş gəlir ona
Kəkliyin nəğməsi xoş gəlir ona
Səhərin küləyi tuş gəlir ona
Əskik olmaz sərin yeli buzluğun
Baharda bəzənir gül bənövşəyə
Bənzəyir göy otu məxmər meşıyə
Baxır carcarlığa kəkil meşıyə
Uzanır hər yana əli buzluğun
Şəmşir ayrı düşüb qələm qaşından
Bir keçəydim çaxmaxlının qaşından
Mirzə çəpərindən sandıq daşından
Gedir kəndimizə yolu buzluğun
Gununsesi.info