
Siam əkizlərinin rastlaşdığı ən böyük problem haradasa yerə endikdə yaranır. Bunu onlar ən böyük zəiflik adlandırır. Ebbi və Brittani artıq bilir ki, insanlar onlara necə reaksiya verəcək. Lakin təsadüfi insanlar onların fotosunu çəkdikdə heç vaxt özlərini yaxşı hiss etmirlər. Xoşbəxtlikdən, onların səyahət etdikləri insanlar və onların yaxşı dostları həmişə əkizlərə yaxşı qulluq edirlər.
Yaxşı dost
Gununsesi.info xəbər verir ki, Ebbi və Brittaninin sevimli rəfiqəsi Erin Cankans BBC-yə onların dostluğu haqqında və məzuniyyət zamanı onları necə qorumasından danışıb.
Mən ona nəzarət edirəm ki, insanlar onların fotosunu çəkməsin və həmişə əkizlər olduqları yerin adamlarla çox olmasına reaksiya verirlər”,- Erin deyir. Lakin əkizlər bunun öhdəsindən çox gözəl gələ bilir.
Qorxusuz
Erin sözünə davam edir: “Əgər onlar nə vaxtsa yorulsalar, biz, sadəcə, başqa yerə getməyə məcburuq”. Lakin onların hər zaman belə mərhələlərdən necə keçməsinə və asanlıqla onlardan qurtulmasına təəccüb edir. “Onlar qorxunun öz həyatlarını idarə etməsinə imkan vermir, bu da onlara anası Pettinin həmişə yerinə yetirdiyi arzunu gerçəkləşdirməyə imkan verir”, – Erin deyir.
Petti ana
Onların anası Petti də BBC-yə müsahibə verib. O, düzünü deyib ki, sadəcə, uşaqlarının xoşbəxt və sağlam olmasını istəyir. Və o, ümid edir ki, onlar düşündükləri hər şeydə uğur qazanacaq. Məhz buna görə də ona əkizlərin nə ilə məşğul olmağı planlaşdırdıqları bilmək maraqlıdır. Ona və bütün dünyaya da maraqlıdır. Axı bir çox insanlar Siam əkizlərinin tarixçələrinə maraq göstəriblər.
Gənc yaşda məhşurluq
Əkizlər dünyaya gəlmələri və öz həyat tərzi ilə böyük təəssürat yaradıb. Ebbi və Brittani əkizlərin 6 yaşı olanda onlar “Şou Oprı Uinfi”yə müsahibə veriblər. Təxminən eyni zamanda əkizlər Life jurnalının üz qabığında görünüblər.
Birgə Life üçün
2002-ci ildə əkizlər Joined For Life adlı sənədli filmdə iştirak edib. Serialda çoxsaylı Siam əkizləri haqqında söhbət açılır. Sənədli film onların Ebbi və Brittani adlı öz şəxsi şousunu yaratmaqla nəticələnib. BBC-yə müsabəsində onlar şou haqqında və öz həyatları haqqında danışıb.
Adi həyat
BBC-yə müsahibəsində Brittani etiraf edib ki, o, inanılmaz vəziyyətləri onların xeyrinə işləməsi üçün məcbur etdiklərini dünyanın görməsini istəyir. Brittani deyir: “Biz şou yaratmağı qərara aldıq, çünki bunu çox istəyirdik”. Ebbi və Brittani hesab edir ki, bunu göstərmək vacibdir.
Daha mürəkkəb
İnsanlar şou haqqında deyəcəklər: “Onlar adi şeylərlə məşğuldur, onların adi həyatı və çoxsaylı dostları var. Bizim etdiklərimiz çox normaldır. Bizim həyatımız Siam əkizləri olmayan insanların həyatından heç nə ilə fərqlənmir”, – Ebbi izah edir. Bununla yanaşı, onların xüsusi vəziyyəti həyatın bəzi aspektlərini bir qədər mürəkkəbləşdirir. Bu da onların realiti-şousunda göstərilib.
Xaricdə
Əkizlər xaricdə oxumağa getdikləri Betel universitetində olduqlarından danışır. Orada onlar hər şeyi yenidən başlamalı olub. Şouda onlar həmçinin özlərinə ilk iş axtardıqları barədə də danışıb. Bu, son dərəcə mürəkkəb idi, çünki qızların ikisinin də eyni işi olmalıydı.
Müəllim
Onların əldə etdiyi ilk iş özlərinin tədqiq etdiyinə əla uyğun gəlirdi. “Biz 4-cü və 5-ci siniflər üçün riyaziyyat üzrə mütəxəssisik, ona görə də bizim iki riyaziyyat sinfimiz var”, -onlar belə izah edib. Onların ilk işi natamam iş günüdür, ümid edirlər ki, zamanla tam iş günü işləyə biləcək.
İlk iş
Serialda Ebbi və Brittani maraqlı xəbərlər bölüşüb. 2012-ci ilin şou klipində onlar birgə ucadan deyir: “Bizim işimiz var!”. Özlərinin ilk işini təsvir edəndə onlar tamamilə sinxronlaşıb. Onlar bir-birinin cümlələrini bitiirib və söhbət zamanı əl-ələ veriblər.
Peşə karyerası
Onların anası Petti şouda karyera yüksəlişindən danışıb. Onun sözlərinə görə, qızlar arasında fərqlər sonucda aradan qalxdı. Ana izah edir: “Onların 5 yaşı olanda, xatirimdədir ki, biri pilot, digəri dantist olmaq istəyirdi. Lakin bu, çox çəkmədi”.
Uşaqların istedadı
Əkizlərin anası bilirdi ki, müəllimlik qızlarının düzgün seçimidir. “Onların həmişə uşaqlarla ünsiyyət qabiliyyəti olub və onlar buna meylli olduqlarını həmişə hiss edirdilər”, -o, belə izah edib.
“Ola bilər ki, onlar əkizlərlə maraqlanırdı, lakin özlərinin əsas suallarına cavab aldıqdan sonra onları yenidən Ebbi və Brittani cəlb edirdi”.
Mister Qud
Hətta onların yeni şefi mister Qud anlayırdı ki, əkizlər yaxşı müəllim olacaq. Bu vəzifəyə 175 nəfər iddialı idi, amma o və həmkarları anladılar ki, onlara bu əkizlər lazımdır.
İnanılmaz!
Şouda görünəndən sonra mister Qud onlarla söhbətdən sonra nə baş verdiyindən danışıb. “Söhbətdən sonra mən onlarla vidalaşdım, amma oturmağa macal tapmamış, həmkarlarımdan biri ucadan dedi: “Onların arxasınca qaşın! Onlara iş verin!”.
Aydındır
Mister Qud etiraf edib ki, ilk dəfə idi ki, əməkdaşları arasında Siam əkizləri vardı. Çox şey baş verməli idi, amma o, istəyirdi ki, onlar komandada olsun. O, hər şeyi edib ki, əkizlərin həyatını yüngülləşdirsin. “Mən işədüzəltmə bürosuna zəng edib deyirdim: “Salam, biz nə edə bilərik? Bu necə işləyir?”, – Qud izah edib.
Öz əmək haqqı
Kadrlar şöbəsinin köməyilə Ebbi və Brittani öz əmək haqqlarını aldılar. Onlar qərara gəldilər ki, nataman iş günü üçün əmək haqqını böləcəklər. BBC-yə müsahibəsində onlar deyib ki, bu təklifə niyə razılıq verdiklərini anlayıblar.
Xeyirlə qəbul etdilər
“Biz anladıq ki, yalnız bir əmək haqqı alacağıq. Biz işi bir nəfər kimi icra edirik”,- Ebbi etiraf edib. Lakin Bruttani hesab edir ki, onlar bir nəfərə nisbətən daha çox fayda verirlər. O, deyir: “Birimiz dərs deyir, digərimiz dərsin materialına uyğun olaraq suallara cavab verir”.
Bir nəfərdən çox
Brittani əlavə edir: “Biz bir nəfərdən çox məşğul ola bilirik”. Ebbi hesab edir ki, bu, gələcəkdə onlara daha çox pul qazanmağa kömək edə bilər. Onların hər ikisi işləmək qabiliyyətinə malikdir. O, əlavə edir: “Əgər təcrübəmiz çox olarsa, biz danışıqlar apara bilərik, çünki hər ikimizin diplomu var. Biz məşğələləri müxtəlif üsullarla apara bilərik”.
Tam iş günü
Hələlik onların təcrübəsi yoxdur, Ebbi və Brittanini yarım stavka iş qane edir. Mister Qud bir veriliş haqqında danışır, hansısa məqamda əkizlərə tam iş günü verməyi planlaşdırırlar. “Biz məktublar göndərmişik ki, başqaları bilsinlər ki, əkizləri məktəbdə keçiriləcək açıq qapı günlərində yenidən təqdim etməyi planlaşdırırıq”,- o, belə deyib.
Əla!
Direktor əmin idi ki, onlar məktəb üçün fəal olacaq və onların xarakterləri görünüşlərindən vacibdir. “Mən düşünürəm ki, kimsə əkizlərin sinfinə düşən kimi, onun bütün qayğıları keçib gedəcək”, -o, deyib.
Bənzəmək üçün yaxşı nümunələr
Mister Qud vurğulayır ki, Ebbi və Brittani sinifdə nümunə olacaqlar. “Mən düşünmürəm ki, əkizlərin sınaqdan keçirmək istədikləri və onu bacara bilmədikləri nəsə ola bilər”, -o, deyib. “Uşaqları, xüsusilə tədrisdə problemləri olan uşaqları öyrətmək xüsusi bir məşğuliyyətdir. Və bunu yalnız nümunə olmağı bacaranlar edə bilər”.
Birgə öyrətmək
Əkizlər uşaqların onlara qəribə baxmalarında problem görmürlər. Kameraya danışanda deyiblər ki, gələcək üçün sevinirlər. Görünür ki, onların nikbin olması karyeralarına kömək edib.
2017-ci ilin dekabrında onlar Touch Weekly-yə elan ediblər ki, hazırda birgə 5-ci sinifdə dərs deyirlər. Bu, əkizlər üçün heyranedici xəbərdir!..
Gununsesi.info