Çoxmərtəbəli binada yanğın -30 nəfərə yaxın sakin təxliyə edildi

Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələrinin operativ müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu barədə FHN-dən bildirilib.

Yanğın nəticəsində, ilkin məlumata əsasən, binanın 5-ci mərtəbəsindən 17-ci mərtəbəsinədək şaxtadan keçən kabellər yanıb.

Yanğın zamanı 30 nəfərə yaxın bina sakini təxliyə olunub.

Gununsesi.info