Gununsesi.info “Xəzərxəbər”ə istinadən xəbər verir ki, bunu həkim-infeksionist Sədrəddin Atakişiyev deyib.

O bildirib ki, son günlər koronavirusun yeni ştammının təhlükəsi insanları narahat edir. Bir sıra ölkələrdə virusun mutasiyaya uğramış yeni forması aşkar olunsa da, hələ ölkəmizdə rast gəlinməyib. Xarici ölkələrdən respublikamıza gələn hər bir şəxs koronavirusun bütün ştammlarına qarşı tam müayinədən keçirilir.

Həkim-infeksionist insanları təşvişə düşməməyə çağırıb, profilaktik tədbirlərin vacibliyini vurğulayıb.

Qeyd edək ki, koronavirusun yeni növünə ilk dəfə Böyük Britaniyada rast gəlinib.