
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 316 yoluxma halı qeydə alınıb, 18 nəfər ölüb.
Gununsesi.org-un xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa təsdiqlənmiş yoluxma hallarının sayı 232 079, ölənlərin sayı isə 2 646 nəfərə çatıb.
Virusa yoluxanlardan 222 787 nəfərin sağaldığı bildirilir.