Çili prezidenti Sebastyan Pinyera kütləvi etirazlar səbəbindən noyabrda keçirilməsi planlaşdırılan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammitini təxirə salıb.
Gununsesi.org xarici KİV-ə isitnadən xəbər verir ki, Pinyera eyni zamanda BMT-nin iqlim dəyişikliyi ilə bağlı konfransından da imtina edib. Prezident açıqlamasında deyib:
“Ailədə ata problemlərlə rastlaşanda o, ailəsi üçün prioritet olanı seçir. Prezident də hər şeydən əvvəl vətəndaşlarının maraqlarını qorumalıdır”.
Xatırladaq ki, Çilidə metroda gediş haqlarının 30 peso olması qərarına etiraz olaraq oktyabrın 6-dan kütləvi aksiyalar keçirilir.
Gununsesi.org
COMMENTS