Ceyhun Bayramov diplomatları təbrik etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov diplomatların peşə bayramı ilə əlaqədar sosial şəbəkə hesabında paylaşım edib.

Gununsesi.info xəbər verir ki, paylaşımda deyilir:

“Dövlətimizin maraqlarının, xalqımızın milli varlığının qorunmasında, böyük Qələbəmizin siyasi əsaslarının təmin edilməsində Azərbaycan Prezidentinin müəyyən etdiyi siyasi xətti icra edən fədakar diplomatlarımızı peşə bayramı günü münasibətilə təbrik edirəm”.

Gununsesi.info