Düşmən snayperləri, döyüş postu və dislokasiya məntəqəsi zərərsizləşdirilib – DSX

İşğaldan azad edilmiş ərazilərdə 150 km məsafədə yeni yollar çəkilib, 354 km yollar əsaslı təmir olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə DSX-nin 2023-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsində bildirilib.

O da bildirilib ki, 7,1 km məsafədə hərəkət təhlü­kə­sizliyi üçün xüsusi vallar salınıb:

“2661 hektar ərazinin mina və partlamamış sursatlardan təmizlənib, 1598 ədəd piyada, 1763 ədəd tank əleyhinə mina, 518 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib”.

O cümlədən 2023-cü ildə Dövlət Sərhəd Xidməti tərəfindən əldə edilmiş əsas nailiyyətlər sırasında iyunun 15-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində “Laçın” döv­lət sərhədindən buraxılış məntəqəsində xidmət aparan sər­hədçinin yaralan­masına səbəb olan düşmən təxribatına cavab olaraq düşmən snayperlərinin, döyüş postunun və dislokasiya məntəqəsinin zərərsizləşdirilməsi də göstərilib.