
Azərbaycanın internet televiziyalarından biri olan “Bumeranq” tv-nin rəhbəri Elçin Rəhimzadə ölümlə təhdid edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə jurnalistin özü sosial şəbəkədə məlumat yayıb.
O, bildirib ki, “mesencer” vasitəsi ilə ona səs atan şəxs yazılması mümkün olmayan ifadələrlə onu təhqir edərək, ölümlə təhdid edib.
“Bir az öncə Xalid Mikayılov adlı şəxs tərəfindən ölümlə hədələnmişəm. Bu profilin sahibi mənə messengerdə səs göndərərək təhdid edib.
Təhqiredici ifadələrdən sonra “YouTube-da danışdıqlarına baxıram. Harada qabağıma çıxsan sənin öldürəcəm. Eləməsəm kişi deyiləm.O sözləri danışdığın ağzına güllə atmasam məndən oğraş adam yoxdur olsun” deyəndən sonra səs yazısını sildi.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinə səslənən jurnalist faktın araşdırılmasını tələb edib.
Afət
Gununsesi.info