Cəfər Mirzəyevə hökm oxundu

Narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Cəfər Mirzəyevin məhkəməsi yekunlaşıb.

Gununsesi.info xəbər verir ki, hakim C.Mirzəyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, C.Mirzəyev 6 il müddətə azadlıqdan məhrum edilib.

HTML tutorial

Qeyd edək ki, Cəfər Mirzəyev bir neçə il öncə Almaniyaya köçüb. 2021-ci il noyabrın 25-də Azərbaycana deportasiya edilib. Ötən il yanvarın 27-də Bakıda həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi) ittiham irəli sürülüb.

Gununsesi.info