
İyulun 15-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların ödənişi tam yekunlaşacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) Modern.az-a verilən məlumatda bildirilib.
Qeyd edək ki, buna qədər Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə iyul ayının pensiyaları ödənilib.