
Novruz bayramı ilə əlaqədar martın 18-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının vaxtından əvvəl ödənilməsi nəzərdə tutulub.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Qeyd edək ki, ötən həftə Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyaları verilib.
Gununsesi.info