Builki IX sinif buraxılış imtahanlarında xarici dil fənni üzrə yeni test modeli tətbiq edilib.
Gununsesi.info xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin rəhbəri Məleykə Abbaszadə “Xalq” qəzetinə müsahibəsində deyib.
“Hazırda IX sinif məzunları üçün tətbiq edilən bu yeniliyin 2027-ci ildən tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında da tətbiqi nəzərdə tutulur”.













