“Səhiyyə naziri ilə söhbətimizdə bildirdi ki, rezidentura haqqında yeni əsasnamə hazırlanır”.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu gün keçirilən komitə iclasında bildirib.
Mənə elə gəlir ki, yeni əsasnamə olacaqsa, əvvəl olan maaşlarla bağlı müddəa da öz əksini tapmalıdır. Həkimlərin maaşları qalxdıqca, rezidentlərin də maaşları qalxsın. Bu, vacib məsələdir”.













