Büdcədən Naxçıvana ayrılan dotasiya 100 milyon manat azaldılır

  • By ilhame
  • 14 Oktyabr 2023 21:27

Gələn il Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya (transfertin yuxarı həddi) 343 260 000,0 manat olacaq.

Gununsesi.info xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Bu, 2023-cü illə müqayisədə 109 531 000 manat, yaxud 24,1 faiz azdır. 2023-cü ildə Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya (transfertin yuxarı həddi) 452 791 000,0 manat nəzərdə tutulub.

Gununsesi.info