Bu ölkədə küçəyə çıxanlar cərimələnəcək

Niderlandda sabahdan etibarən komendant saatı tətbiq ediləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Huqo de Yunqe bildirib.

Onun sözlərinə görə, koronavirusa yoluxma hallarının qarşısını almaq məqsədilə tətbiq olunacaq komendant saatı fevralın 9-dək davam edəcək.

Komendant saatı qaydalarını pozaraq küçəyə çıxan sakinlər 95 avro məbləğində cərimələnəcək.

Gununsesi.info