20 yanvar şəhidlərinin xatirəsini hörmətlə anırıq – Britaniya səfiri

  • By arzu
  • 20 Yanvar 2021 13:44

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp öz “Twitter” səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib.

 

Gununsesi.org Trend-ə istinadən paylaşımda deyilir:

“2019-cu ildə Azərbaycanda fəaliyyətimə başlayanda ilk ziyarətim Şəhidlər Xiyabanına oldu. Bu şəkil də məhz o zaman çəkilib. Britaniya səfirliyinin əməkdaşları ilə birlikdə Azərbaycanın müstəqilliyinin nişanəsi olan 20 yanvar şəhidlərinin xatirəsini hörmətlə anırıq”.

Gununsesi.org