
“Rusiyanın Ukraynaya təcazüvü nəticəsində bölgədə yaranmış yeni situasiya xüsusilə də Rusiyadan taxıl alışına təsir edəcək. Odur ki, Azərbaycanın ərzaq təhlükəsizliyi üçün aqrar siyasətdə dəyişikliklərə ehtiyac yaranıb”.
Bunun Gununsesi.info-y açıqlamasında iqtisadçı alim Qubad İbadoğlu ölkədə unun bahalaşması ehtimalına dair suala cavabında deyib.
Onun sözlırinə görə, mövcud situasiyanı kənd təsərrüfatı nazirliyi indidən dəyərləndirməli, qərarlaşan tendensiyaları nəzərə alıb vaxtında təxirəsalınmaz qərarlar qəbul edilməlidir:
”Onlardan biri də taxıl sahələri genişləndirilməsi ilə bağlıdır. Bunun üçün əkinçiliyin strukturunda dəyişikliklər aparılmalı, bu mövsümdə pambıq və digər texniki bitkilərin əkinləri indidən təxirə salınmalı və taxıl üçün hazırlanmalıdır.
Nəzərə almaq lazımdır ki, Azərbaycanın əkin rayonlarında müşahidə olunan şaxtalı havalar, meyvəçiliklər yanaşı bu il üçün taxılın da inkişafına mənfi təsir göstərə və məhsuldarlığı aşağı sala bilər. Odur ki, qərarlarınızı vaxtında verin, cənablar, xalqı çörəklə imtaha çəkməyin!
Gununsesi.info