Bu saatlarda MSK-nın iclası başlayıb.
Gununsesi.org-un xəbərinə görə, toplantıda 9 fevral növbədənkənar parlament seçkilərinin nəticələri ilə bağlı daha bir neçə dairədən verilmiş şikayətlərə baxılacaq. Ehtimal edilir ki, iclasda daha bir neçə seçki dairəsinin nəticələri ləğv olunsun. Onlar arasında 29 saylı Səbail seçki dairəsinin də olduğu deyilir.
Qeyd edək ki, deputatlığa namizəd Bəxtiyar Hacıyev həmin dairədən qalib olduğunu iddia edir. O, sosial şəbəkələrdə rəqibi Nigar Arpadarainin xeyrinə seçki pouuntularının olduğu görüntüləri paylaşıb.
COMMENTS