MSK-da müşavirə keçirilir

Mərkəzi Seçki Komissiyası (MSK) dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirir.

 

Gununsesi.info xəbər verir ki, tədbirdə müxtəlif dövlət qurumlarının rəhbər şəxsləri çıxış edəcək.

 

Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli, Ədliyyə nazirinin müavini Toğrul Musayev, Daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev, Baş prokurorun birinci müavini Elçin Məmmədov iştirak edir.

 

 

Gununsesi.info