
“Media reyestrində olmayan jurnalistlərin fəaliyyəti ilə bağlı heç bir məhdudiyyət olmayacaq”.
Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.
O bildirib ki, vəsiqənin arxasında olan barkod vasitəsi ilə jurnalist haqda bütün məlumatları əldə etmək mümkün olacaq:
“Vəsiqə özü-özlüyündə jurnalistlərə üstünlük vermir. Sadəcə reyestrdə olmaq faktını təsdiqləyir. Bu da jurnalist adından istifadə hallarının qarşısını alacaq”.
Gununsesi.info