
Şuşa Dövlət Musiqili Dram Teatrı Şuşa şəhərində yeni tamaşa ilə çıxış edib.
Gununsesi.info Qaynarinfo-ya istinadla xəbər verir ki, kollektiv Şuşada M.F.Axunzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah ” tamaşası ilə çıxış edib. Tamaşa Şəhər Qoruq İdarəsinin təşəbbüsü ilə baş tutub.
Kollektiv sözü gedən tamaşa ilə Şuşada xidməti vəzifələrini yerinə yetirən polislər, hərbiçilər, həkimlər və Şuşa şəhərində səfərdə olan şəhər qonaqlarının qarşısında çıxış edib.