“Bu il ilk dəfə 13 milyona yaxın sığorta ödənişi olacaq”

“Bu il ilk dəfə olaraq 13 milyon manata yaxın sığorta ödənişi həyata keçiriləcək”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, növbəti ildə isə bu məbləğin 15 milyon manata çatdırılması nəzərdə tutulur.