Bu gün Çempionlar Liqasının daha iki oyun keçiriləcək

Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində daha iki oyun keçiriləcək.

 

Gununsesi.info  xəbər verir ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

 

“Latsio” komandası İtaliyada Almaniya nəhəngi “Bavariya”nı qəbul edəcək. Fransa çempionu PSJ isə doğma meydanda İspaniya “Real Sosyedad”ı ilə qarşılaşacaq.

 

Bu komandalar arasında cavab oyunları martın 6-da baş tutacaq.

 

Qeyd edək ki, 1/8 finalın ilk görüşlərində İngiltərənin “Mançester Siti” klubu Danimarkada “Kopenhagen”i 3:1, İspaniya “Real Madrid”i isə Almaniyada “Leyptsiq”i 1:0 hesabı ilə məğlub edib.

 

 

 

Gununsesi.info