Bu günə qədər 17 nəfərin prezidentliyə namizədliyi təsdiqlənib

Bu günə qədər 17 nəfərin prezidentliyə namizədliyi təsdiqlənib.

Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, təsdiqlənmiş namizədlərdən 7-si imza vərəqələrini MSK-ya qaytarıb.
Həmin şəxslərdən 3-nün prezidentliyə namizədliyi artıq qeydə alınıb. Dörd nəfərin təqdim etdiyi sənədlər yoxlanılıb başa çatdırıldıqdan sonra onların qeydə alınma məsələlərini də gündəliyə çıxaracağıq.
Gununsesi.info