ABŞ husi təhlükəsi ilə mübarizə üçün koalisiya yarada bilər

  • By ilhame
  • 18 Dekabr 2023 23:04

Birləşmiş Ştatlar Yaxın Şərqdəki tərəfdaşları və müttəfiqləri ilə Yəməndəki husi üsyançılarının yaratdığı təhlükəyə qarşı beynəlxalq koalisiya qurmaq üçün çalışır.

 

Gununsesi.info xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Təl-Əvivdə israilli həmkarı Yoav Qalantla birgə mətbuat konfransında deyib.

 

“Bu hücumlar təhlükəlidir və beynəlxalq hüququ pozur. Buna görə də biz bu təhlükə ilə mübarizədə beynəlxalq koalisiya yaratmaq üçün addımlar atırıq”, – Pentaqon rəhbəri bildirib.

 

O vurğulayıb ki, husilərdən gələn təhlükə beynəlxalq problemdir və müvafiq cavab tədbirləri görülməlidir.

 

Gununsesi.info