Britaniyalı generalı: “Rusiya ilə müharibə üçün kifayət qədər mərmi yoxdur”

Britaniya generalı Riçard Barrons, Rusiya ilə birbaşa hərbi qarşıdurmanın Britaniya ordusunun mərmi ehtiyatlarını bir günə tükətəcəyini söyləyib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki , bu haqqda məlumatı Riçard Barrons söyləyib.

HTML tutorial

O deyir ki, bu gün Avropada gedən döyüşlərdə Britaniya ordusu sayca azdı və Rusiya ilə döyüşməyə hələ hazır deyil.

O, həmçinin Britaniya ordusunun malik olduğu tankların, zirehli transportyorların və artilleriya qurğularının əksəriyyətinin 30 ildən çox əvvəl istehsal edildiyinə diqqət çəkib. Eyni zamanda, xidmətə yararlı nümunələr Ukraynaya göndərilir, qalanları isə hazır deyil. Hərbi personalın sayı 76.000-dən aşağı düşə bilər ki, bu da Soyuq Müharibə dövründəki göstəricinin yarısıdır. Üstəlik, orduda ilkin hazırlıq yoxdur.

Barrons əlavə edib ki, ordunun “Rusiyanın qəfil hücumuna” tab gətirə bilməsi üçün ən azı on il ərzində dövlət hərbi sənayeyə hər il 3 milyard funt sterlinq ayırmaq lazımdır.
Gununsesi.info