Braziliyada yol qəzasında 25 nəfər ölüb

  • By ilhame
  • 08 Yanvar 2024 20:58

Braziliyanın Bahia ştatında turist avtobusunun yük maşını ilə toqquşması azı 25 nəfər həlak olub.

 

Gununsesi.info xəbər verir ki, bu barədə G1 portalı məlumat yayıb.

 

Məlumata görə, həlak olanlardan 3-ü yük maşınının, 22-i isə avtobusun sərnişinləridir. Ölənlər arasında uşaqlar və hamilə qadınlar da var.

Daha 5 nəfərin yaralandığı deyilir.

Qəzanın səbəbləri hələ müəyyən edilməyib.

Portalın məlumatına görə, avtobus sərnişinləri okeana səyahətdən qayıdırmışlar. Şəhərdə üç günlük matəm elan edilib.

Gununsesi.info