Naxçıvanda iki avtomobil toqquşub, xəsarət alan var

  • By ilhame
  • 08 Yanvar 2024 21:13

Naxçıvan şəhərində iki avtomobil toqquşub, xəsarət alan var.

 

Gununsesi.info xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Əziz Əliyev prospektində qeydə alınıb.

 

“VAZ-2108” və “Azsamand” markalı avtomobillərin toqquşması nəticəsində Şahbuz rayon Badamlı kənd sakini, 1993-cü il təvəllüdlü Abbasov Asim Elxan oğlu xəsarət alıb. O, Naxçıvan Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info